Rusiya Müdafiə Nazirliyi yaxın zamanlarda Xarkovu zəbt etmək üçün 300 min nəfər səfərbər etməyi planlaşdırır.
Bu barədə Rusiyanın müxalif "Vyortska" nəşri məlumat yayıb. Bu barədə jurnalistlərə Rusiya prezidenti administrasiyası, Rusiya Müdafiə Nazirliyi və regional hökumətlərindən dörd anonim mənbə danışıb.
Məlumata görə, hərbçilər ilk növbədə səfərbərlik ehtiyatına daxil edilməsi üçün xüsusi müqvilə bağlayan ehtiyatda olan kişiləri çağırmağı planlaşdırır.
"Nəsə gözlənilir. Hazırda səfərbərlikdən öncə ehtiyatda olanlar cəlb edilir. Səfərbərliyin olub-olmayacağını deyə bilmərəm, mən bunu bilmirəm, amma ötən dönəmdə hadisələrin gedişi məhz belə olub", - bunu səfərbər olanların təlimi ilə məşğul olan zabit jurnalistlərə deyib.
Prezident Administrasiysına yaxın olan mənbə qoşunlara cəlb edilmənin daha bir üsulu barədə danışıb. Xidməti başa çatan müddətli hərbi qulluqçular müqavilə bağlamaq üçün hərbçilər tərəfindən "bütün üsullarla buna sövq edilir".
Bu meyl Müdafiə Nazirliyi ilə könüllü şəkildə müqavilə bağlamaq istəyən rusiyalıların sayının kəskin azalması ilə bağlıdır.
"Əvvəllər sutka ərzində mərkəzə yüzlərlə, 500-600 adam gələrdi. Hamısı olmasa da, onlar ilə müqavilə bağlanırdı. Hazırda gün ərzində 20-30 nəfər gəlir. Fəallığın azalması göz önündədir", - bunu "Vyorstka" nəşrinin məlumatlı mənbəsi deyib.
Jurnalistlər qeyd edir ki, belə kateqoriyadan olan vətəndaşlarla məsələ məhdudlaşdırılmaya bilər. Müxbirlər səfərbərliyin növbəti dalğasına mümkün hazırlığını göstərən tədbirlərdən danışıb.
Belə ki, Moskvanın cənub-qərbində hərbi komissarlığın tibb işçisi jurnalistlərə məlumat verib ki, fevralın sonundan büdcə təşkilatları işçiləri və bəzi müdafiə müəssisələri üçün səfərbərlikdən möhlət hüququ ilə bağlı vəsiqələr hazırlayır.
"Heç kim bunun yeni səfərbərlik üçün olduğunu demir, o zaman bunların nəyə görə edildiyi aydın deyil", - o, deyib.
Yeri gəlmişkən, politoloq İlya Qraşşenkov əmindir ki, hakimiyyət səfərbərlikdən yan keçməyə cəhd göstərəcək.
"Keçən dəfə bu, kütləvi və sərt olub, ona görə də indi, ehtimal ki, hakimiyyət yumşaq, sürüşkən səfərbərlik etməyə çalışacaq, bunu da çağırışçılar, hərbi ali məktəb tələbələri, hansısa mütəxəssislərin çağırışı və s. hesabına etməyə calışacaq", - Qraşşenkov hesab edir.
Jurnalistlər məlumat verir ki, 300 min hərbçi Xarkovun zəbt edilməsi üçün lazımdır. Bu barədə nəşrə bir neçə, o cümlədən prezident administrasiyasından olan mənbə deyib.
Bu zaman Xarkovu "heç kim ikinci Mariupola çevirmək istəmir". Əksinə, şəhəri minimal dağıntılarla ələ keçirmək istəyirlər ki, rusiyalıların "sivil yolla döyüşə bilməsini" sübut etsinlər.
Tehsil-press.az