ANS-in məşhur verilişi ekranlara qayıdır - Aparıcı o olacaq

ANS-in məşhur verilişi ekranlara qayıdır - Aparıcı o olacaq ANS-də yayımlanmış "Toylar kralı" proqramı aparıcı-prodüser Tarix Əliyevin (Tolik) təqdimatında yenidən efirə qayıdır .

Aparıcı-prodüser özü məlumat yayıb.

“MTV-də yeni layihə başlayır. Mən heç vaxt bu formatda veriliş aparmamışam, bu dəfə istədim edim. Kamran Həsənli sağ olsun ki, “Toylar kralı”ının adından istifadə etməyə icazə verdi", - o deyib.

Aparıcının sözlərinə görə, proqramın formatında dəyişiklik edilib və verilişə tənqidi yanaşanlara cavab verib:

"Bu dəfə SMS səsvermə yox, münsiflər heyəti olacaq. Bəziləri yazıblar ki, bu nə verilişdir? Siz öyrəşmisiniz sosial verilişlərdə qadınları diz çökdürməklərinə, əri olmayan ekspertlərin namusdan qeyrətdən danışmağına, qardaşı arvadını zorlayanları qəhrəman kimi göstərilməyinə, uşaqları ağlatmağa, sponsorlara görə xəstələri həkimlərə yalvartmağa... Ona görə düşünürsünüz ki, bu “Toylar Kralı”dırsa, kasıb müğənnilər heç bir pul ödəmədən efirdə görünəcəksə, bu, biabırçılıqdır. Amma camaatı efirdə ağlatmaq biabırçılıq deyil".

Tehsil-press.az

Oxşar xəbərlər