"Əvvəllər bizi efirə çağıranda deyirdilər ki, üzünüzə mazut çəkin, gəlin" - Kərim

Müğənni Kərim Abbasov növbəti açıqlaması ilə diqqətləri üzərinə cəmləyib.

Sənətçi qonaq olduğu “Rəngarəng səhər” verilişində illər əvvəl efirlərə xərclədiyi pullardan danışıb.

Kərim bildirib ki, o, klipinin hər dəfə ATV kanalında yayımlanması üçün 10 dollar pul ödəyib:

“2003-ci ildə ATV kanalına ilk dəfə kliplərimdən birini yayımlamaq üçün 10 dollar pul ödəmişdim. O pulu verirdim və klipimi efirdə nümayiş olunurdu. Klipim isə 3 dəqiqə idi. O zamanlar ATV-də heç bir veriliş yox idi. Kanalın efirində yalnız bədii filmlər və musiqili kliplər yayımlanırdı. Bütün müğənnilər içi mən qarışıq əvvəl efirə çıxmaq üçün müəyyən ödənişlər edirdik. Hamımız bu sənətə pul tökmüşük və kanallara “yaxşı pullar” vermişik. Amma indi ifaçıları efirə çağıranda deyir ki, işim var. Amma əvvəllər bizi efirə çağıranda deyirdilər ki, üzünüzə mazut çəkin, gəlib. Biz də bunu edirdik ki, belə lazımdır və edirdik. Biz bu kimi şeyləri etməyə etirazımızı bildirmirdik. Kanallara yalvarırdıq ki, bizi efirə dəvət edin”.

Tehsil-press.az

Oxşar xəbərlər