Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanası 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş sərgi təşkil edib.
BDU-dan bildirilib ki, sərgidə kitabxananın fondlarında mühafizə olunan, ermənilərin Azərbaycan türklərinin başına gətirdikləri dəhşətli qırğınlardan bəhs edən, Azərbaycan, ingilis və rus dillərində 50-yə yaxın kitab nümayiş olunur.
XX əsrdə Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları və separatizm tarixinin obyektiv təhlilini özündə əks etdirən, çoxsaylı arxiv sənədləri və materialları əsasında qələmə alınmış nəşrlər tariximizin bu dövrünü tədqiq edənlər üçün mühüm mənbə rolunu oynayacaq.
Tehsil-press.az