Əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə açan UTECA-nın rektoru, professor Akif Süleymanov 31 mart soyqırımının tarixi barədə məlumat verib. Bildirib ki, mart hadisələrindən yalnız 80 il sonra - 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda həmin dəhşətli hadisələrə siyasi qiymət verilib və 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib.
Çıxış edənlər ermənilərin xalqımıza qarşı tarix boyu soyqırımı həyata keçirdiyinin sübuta yetirildiyini diqqətə çatdırıblar. Ermənilər uydurma “böyük Ermənistan” xülyalarını həyata keçirmək üçün tarixi şəraitdən və himayədarlarının dəstəyindən istifadə edərək, regionu azərbaycanlılardan və qeyri-millətlərdən təmizləmək, yalnız ermənilərin yaşadığı monoetnik bir dövlət yaratmaq istəyiblər. Azərbaycanın tarixi torpaqlarında – Dağlıq Qarabağda və ətraf rayonlarda törədilmiş soyqırımı cinayətləri, işğal bu prosesin davamıdır. Görünən odur ki, zaman keçsə də erməni siyasətinin, terrorunun və vəhşiliklərinin mahiyyəti dəyişməyib. Xocalıda amansızlıqla törədilmiş dəhşətli soyqırımı deyilənlərin sübutudur.
Tədbirdə 31 mart soyqırımından bəhs edən videoçarx nümayiş etdirilib. Sonda UTECA tələbələri soyqırımı həqiqətlərini əks etdirən seirlər səsləndiriblər.

UTECA-nın Mətbuat Xidməti