Tarixi yaddaşımızdan silinməyən soyqırımı - elmi konfrans

Tarixi yaddaşımızdan silinməyən soyqırımı - elmi konfrans Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “31 Mart - tarixi yaddaşımızdan silinməyən soyqırımı” adlı elmi-praktik konfrans keçirilib.
Tədbiri giriş sözü ilə filialın tədris və elmi işlər üzrə direktor müavini Şasəddin Mikayılov açaraq xalqımıza qarşı törədilən bu dəhşətli soyqırımı hadisəsinin tarixindən bəhs edib.
Daha sonra Sosial və pedaqoji elmlər kafedrasının müdiri dosent Mayıl Alıcanov “Erməni soyqırımı bəşəri cinayətdir” mövzusunda məruzə ilə çıxış edib. O qeyd edib ki, 1918-ci ilin 30 mart-3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırımı törədiblər. Rəsmi mənbələrə əsasən, soyqırımı nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb.
Sosial və pedaqoji elmlər kafedrasının müəllimi Səməngül Abdullayeva “1918-ci ilin Şamaxıda törədilən soyqırımı haqqında”, tələbə Fidan Qafarova isə “Erməni diasporunun formalaşmasında erməni kilsəsinin rolu” mövzularında çıxış ediblər.
Qeyd edək ki, 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbirlər planı çərçivəsində filialda soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş guşə yaradılıb.

Tehsil-press.az

Oxşar xəbərlər