"Həyatımızın ən böyük problemlərindən və bədbəxtliklərindən biri "ikinci qadın" olmaqdır. Çünki qızımız ərə gedir və sonra gəlib verilişlərdə oturur. Problemini soruşanda deyir ki, "dörd uşağım var, onları "uşaqlar evi"nə vermək istəyirəm". Niyəsini soruşanda isə cavab verir ki, "ərim bizi qoyub gedib". Həmin qadının əri işləmir, savadsız idi, evsiz, kəbinsiz idik".
Bu sözləri Xalq artisti Afaq Bəşirqızı qonaq olduğu "Youtube"da yayımlanan "Künc-bucaq" verilişinə müsahibəsində deyib.
Sənətkar evi, savadı və işi olmayan bəylərin valideynlərinin istəyi ilə ailə qurmasına qarşı çıxıb:
"Oğullar var ki, ailəsini dolandırmaq üçün gedib fəhlə kimi haradasa işləyir. Hər insan ev tikmir ki,... Gündə ev tikilmir ki,... Əgər o, özünə həyat dərsi götürməyibsə və 20 yaşına çatanda evlənmək üçün arvad istəyirsə,... Nə ev, nə sənəti, nə işi, nə kəbini var,... Evdəkilər də deyirlər ki, "əsas odur ki, gəl "Qurani-Kərim" kitabının altından keç". Zəhmətlə böyütdüyün övladı verirsən, bilmədiyin bir ailəyə. Çoxusu heç kürəkəninin adını belə bilmir".
Tehsil-press.az