Türkiyənin Mersin əyalətində yaşayan 56 yaşlı azərbaycanlı pianoçu Mehriban Məmmədova yüzlərlə evsiz heyvana məhəbbətlə qayğı göstərir.
Onun evinin yanında abadlaşdırılmış 3 hektar ərazidə 200-ə yaxın evsiz pişik və it yaşayır.
Qadın Azərbaycandan Türkiyəyə 2000-ci ildə köçüb və dərhal Mezitli rayonunun Çankaya məhəlləsindəki evinin yaxınlığında evsiz heyvanlara qayğı üçün ərazini abadlaşdırıb. Lakin qonşuların narazılığı səbəbindən pianoçu 2016-cı ildə başqa evə köçməli olub. Mehriban yeni evinin ərazisində itlər və pişiklər üçün yuvalar yerləşdirib, oyun pilləkənləri quraşdırıb və canlıların çimməsi üçün avtomobil şinlərindən hovuzlar tikib.
Qadın evsiz heyvanların sağlamlığı ilə məşğul olmaq və ya onlara yemək vermək üçün sübh tezdən oyanır.
“Anadolu” agentliyi ilə həmsöhbət olan Məmmədova bildirib ki, evsiz heyvanlar üçün ərazini pianodan dərs deməklə, həmçinin heyvan müdafiəçilərinin ianələri ilə abadlaşdırıb.
Qadının sözlərinə görə, onun həyatının böyük hissəsi evsiz heyvanlarla bağlıdır: “Yardıma ehtiyacı olan heyvan görəndə biganə qala bilmirəm.”
Tehsil-press.az