Daxili işlər naziri, general-polkovnik Ramil Usubov aprelin 20-də Xaçmaz Olimpiya İdman Kompleksində Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayon polis orqanlarında vakant olan sıravi və kiçik rəis heyəti, həmçinin "İctimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi barədə" Azərbaycan prezidentinin 2016-cı il 2 mart tarixli fərmanının icrası çərçivəsində mülki işçi vəzifələrinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən virtualaz.org-a verilən məlumata görə, sıra baxışında həmin şəhər və rayonlarda yaşayan, polis və Daxili Qoşunlarda xidmət etmək istəyən 460 nəfər iştirak edib. Onların arasından daha hazırlıqlı olan 47 nəfəri polisin, 25-i Daxili Qoşunların sıralarında xidmətə, 127 gənc isə mülki işçi vəzifələrinə namizəd kimi seçilərək sənədlərinin hazırlanması üçün aidiyyatı baş idarələrin rəhbərlərinə müvafiq göstəriş verilib.
Namizədlər qarşısında çıxış edən nazir hər zaman ümummilli liderimiz Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən mükəmməl təhsil almış, yüksək intellektə malik, dövlətçiliyə sadiq, vətənpərvər gənclərin dövlət idarəçiliyində, o cümlədən daxili işlər orqanlarında xidmətdə irəli çəkilmələri üçün zəruri addımlar atıldığını, hazırkı tədbirin də göstərilən sahədə həyata keçirilən məqsədyönlü siyasətin növbəti bariz nümunəsi olduğunu vurğulayıb.
Nazir onu da bildirib ki, ictimai asayişin qorunmasında vətəndaşların iştirakı könüllülük, qanunçuluq, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinin üstünlüyü, insanların şərəf və ləyaqətinə hörmət, müvafiq dövlət orqanları ilə qarşılıqlı əməkdaşlıq və polis orqanlarının səlahiyyətlərinin əvəzlənməsinin yolverilməzliyi prinsiplərinə əsaslanır. Vətəndaşların polis orqanları ilə əməkdaşlığı isə onların həmin orqanların vəzifəli şəxslərinin rəhbərliyi altında ictimai asayişin qorunması üzrə vəzifələrin yerinə yetirilməsində iştirakını nəzərdə tutur.
General-polkovnik R.Usubov gəncləri təbrik edərək polis adını daim uca tutmalarını, bilik və təcrübələrini artırmalarını, vətəndaşların müraciətlərinə həssaslıqla və operativ şəkildə yanaşmalarını tövsiyə edib, gələcək çətin və şərəfli xidmətlərində onlara uğurlar arzulayıb.
tehsil-press.az