“Əmir Teymur erməni olub” – Növbəti absurd iddia

“Əmir Teymur erməni olub” – Növbəti absurd iddia Ermənilər Teymurilər dövlətinin banisi, türk və dünya tarixinin ən qüdrətli hökmdarlarından Əmir Teymurla bağlı növbəti absurd iddia irəli sürüblər.

Bu barədə Gaqik Artsruni adlı erməni müəllif yazıb.

O iddia edib ki, rus tarixşünaslığında Əmir Teymurun erməni olması ilə bağlı məlumat var.

“Teymur öz paytaxtı Səmərqənd şəhərinin tikintisini ermənilərə həvalə etdi. Ermənilər Teymurun nəhəng imperiyasında maneəsiz ticarətlə məşğul ola bildilər”, – Gaqik Artsruni yazıb.

Qeyd edək ki, Əmir Teymurun fizioloji olaraq türklərə bənzəməsini əksər tarixçilər təsdiq edirlər. Onun yaratdığı dövlət mahiyyət və quruluş etibarilə türk-islam imperiyası idi.

Kökən olaraq türk oymağı barlaslardandır.
Bu versiyaya əsasən onun türk və ya türkləşmiş moğol olduğu da deyilir.

Bundan başqa, Əmir Teymur fəthlərinin bir sıra dönəmlərində ermənilərə qarşı amansızlığı ilə seçilib. Onun Sivasa hücum zamanı 4 min ermənini diri-diri basdırması bu gün əksər tarixi mənbələrdə qeyd edilir.

Tehsil-press.az

Oxşar xəbərlər