Ermənilər indi də məşhur türk yeməyi olan lahmacuna göz dikiblər.
Tehsil-press.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu dəfə Moskvada açılan “Lamadjo” adlı erməni restoranının menyusundakı “lamadjo” yeməyi diqqət çəkib.
“Lamadjo” lahmacunla eyni üsulla hazırlanır. Elə yeməyin adı da fonetik baxımdan lahmacunu xatırladır. Xəbərdə bildirilir ki, Moskvada iki şöbəsi açılan restoran sahibləri lahmacunu erməni mətbəxinin ən populyar yeməyi kimi təqdim ediblər.
Qeyd edək ki, ermənilər qonşuluqda yaşayan xalqlara məxsus mətbəxə əvvəllər də iddia ediblər. Bir müddət öncə bütün region xalqlarına məxsus olan lavaşın ermənilərin milli brendi olması ilə bağlı iddia qaldırmışdılar. UNESCO-ya Ermənistan tərəfindən təqdim edilən müraciətdə lavaş erməni çörəyi kimi qələmə verilib. Lakin Türkiyə, Azərbaycan, İran, Qırğızıstan və Qazaxıstan lavaşla bağlı ümumi fayl hazırlayaraq YUNESKO-ya təqdim ediblər. Bununla bağlı yekun qərar, 28 noyabr-2 dekabr tarixləri arasında Efiopiyada keçiriləcək Qeyri-Maddi Mədəni İrs 11-ci Hökumətlərarası Komitə Yığıncağında veriləcək.
Tehsil-press.az