Azərbaycan klubu bu legionerini də yola saldı – SON DƏQİQƏ

Azərbaycan klubu bu legionerini də yola saldı – SON DƏQİQƏ Premyer Liqanı tərk edəcəyi şübhə doğurmayan “Qəbələ”də növbəti ayrılıq yaşanıb.

Tarixinin ən pis mövsümünü keçirən “qırmızı-qaralar” Gilad Abramovdan sonra daha bir legionerlə vidalaşıb.

24 yaşlı yarımmüdafiəçi martda yola salınmışdısa, onun israilli həmyerlisi Abu-Akal Ferasın qismətində indi getmək varmış...

2022-2023-cü illər mövsümündən komandanın formasını geyinən 27 legioner peşəkar karyerasına “Hapoel İroni”də başlayıb.

O, 2019-cu ilin yayında “Aşdod”a keçib. Növbəti 3 mövsümdə burada çıxış edən yarımmüdafiəçi İsrail çempionatının yüksək liqasında 82 oyunda şans qazanıb.

Tehsil-press.az

Oxşar xəbərlər