UEFA-dan Rusiyaya sanksiyalar - Siyahı

UEFA-dan Rusiyaya sanksiyalar - Siyahı UEFA Rusiya klublarını yeni mövsüm üçün avrokubok turnirlərindən kənarlaşdırıb.
Bu barədə qurumun saytı məlumat yayıb.
Bildirilib ki, Rusiya təmsilçiləri 2022/2023 mövsümündə Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında oynamayacaq. Bu barədə UEFA İcraiyyə Komitəsinin bu gün keçirilən iclasından sonra qərar qəbul edilib.
Rusiyanın Ukraynaya hərbi müdaxiləsi səbəbindən bu qərar verilib.
Qeyd edək ki, "Zenit" Rusiya Premyer Liqasında çempionluğu rəsmiləşdirmişdi.
***
UEFA Rusiya milli komandalarının beynəlxalq turnirlərdə iştirakının dayandırılması müddətini uzadıb.
Rusiyanın kişilərdən ibarət komandası Millətlər Liqasında iştirak etməyəcək və avtomatik olaraq B Liqasının 2-ci qrupunda sonuncu yeri tutacaq.
Qadınlardan ibarət milli komanda Avro-2022-də oynamayacaq və onları Portuqaliya əvəzləyəcək.
Qadınlardan ibarət yığma DÇ-2022-nin qalan matçlarında iştirak edə bilməyəcək, komandanın əvvəlki nəticələri ləğv olunacaq.
Rusiyanın gənclərdən ibarət yığması Avro-2023-ün seçmə mərhələsində iştirakdan kənarlaşdırılıb, komandanın əvvəlki nəticələri ləğv ediləcək.

Tehsil-press.az


Oxşar xəbərlər