“İranın Ermənistandakı səfiri Mehdi Sobhaninin son 1 ayda açıqlamaları Bakı və Tehran arasında hazırda mülayimləşməyə gedən münasibətlərə xələl gətirir”.
Bu sözləri Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov feysbuk hesabında yazıb.
O bildirib: “İlin, günün bu vaxtında hazırda Azərbaycanla İran arasında nəqliyyat - kommunikasiya və sərhədyanı ərazilərdə başladılan yeni əməkdaşlıq trendləri fonunda belə bir açıqlamanın məqsədi nədir? Yaxşı olardı ki, bu cür şəxslər və konkret olaraq səfirlə bağlı araşdırılma Tehranda aparılsın. Yoxsa Azərbaycanda bunu Abdullahiyanın şəxsi göstərişi kimi başa düşə bilərlər. Ümumiyyətlə son 30 illik dövr ərzində Azərbaycana qarşı ən sərt mövqedən çıxış edən məhz bugünkü XİN institutu, yaxşı olardı ki, son illərdə harada uğur qazandığını götür-qoy eləsin. Zərif hakimiyyəti dövründə İranın diplomatik uğurları göz qabağındadadır. Bəs Abdullahiyan nə ilə məşğuldur və hansı uğurları ilə seçilir?
Azərbaycan özünə qarşı bütün olanlar qarşısında kifayət qədər dözüm və səbir nümayiş etdirərək bölgədə son qlobal çağırışlar fonunda Tehrana qarşı "düşmən" mövqedə olan Qərbə Cənubi Qafqazdakı proseslərə müdaxilə etməyin, böldəgəki çağırışlar yalnız bölgə dövlətləri tərəfindən həllini tapmalıdır çağırışını etdi. Əvəzində isə qonşu dövlətin XİN institutu özünü nəinki eşitməzliyə qoydu və təşükkür belə etmədi, hətta səfirlər vasitəsilə köhnə ritorikanı davam etdirir.
Məsələn, İran səfiri bildirib ki, “İkinci Qarabağ müharibəsində erməni əsgərləri İsrail silahı ilə öldürülüb”.
Azərbaycanla dostluq münasibətləridə maraqlı olduğunu bəyan edən Abdullahiyan özünün Ermənistandakı səfirinin cəfəng açıqlamalarına niyə imkan verir? İran səfiri çıxışında separatçıların və işğalçı Ermənistan ordusunun üzvlərinin həlak olmasını faktiki olaraq faciə kimi qələmə verir. Düşünürəm, burada artıq nəsə deməyə ehtiyac yoxdur!!!
Və ya İranın Ermənistandakı səfiri çıxışında bu dövlətin Brüsseldə ABŞ və Aİ ilə əməkdaşlığı barədə pozitiv fikirlər səsləndirilir və İrəvanın iqtisadi imkanlarının artmasını dəstəklədiyini qeyd edir. Məgər İran həmişə Qərbin regiona siyasi və hərbi ekspansiyasına qarşı çıxmırdımı?
Deməli, sözdə Fələstində, Yaxın Şərqdə, daxili auditoriyası qarşısında Qərbi özünün düşməni kimi qələmə verən Tehran lazım gəldikdə ABŞ ilə əməkdaşlığa hazırdır. İndiyə qədər bu əməkdaşlığın nəticələrini Yaxın Şərqdə dəfələrlə görən biz bu dəfə Ermənistanda real siyasətin gerçək üzünü gördük.
Azərbaycan - ABŞ, Azərbaycan - Aİ münasibətlərinə qıcıqla yanaşan dairələr unutmasınlar ki, onların qonşuluğunda müstəqil dövlət var və rəsmi Bakı xarici siyasət davranışı ilə bağlı lazım bildiyi davranışı bundan sonra da sərgiləyəcək. Ermənistan rəhbərliyinin addımını nəinki tənqid edən, hətta dəstəkləyən kəslər, Azərbaycanın da bu kimi addımlar atacağı təqdirdə səssizliyini qorusun”.
Tehsil-press.az