İranın Azərbaycanla iqtisadi münasibətlərinin mühərriki nəqliyyat və tranzitdir – İran səfiri

İranın Azərbaycanla iqtisadi münasibətlərinin mühərriki nəqliyyat və tranzitdir – İran səfiri İranın qonşu ölkələrlə, o cümlədən Azərbaycanla iqtisadi münasibətlərinin mühərriki nəqliyyat və tranzitdir.
Bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi İranın Gilan vilayətinin valisi Əsədulla Abbasi ilə görüşdə deyib.
S.A.Musəvinin sözlərinə görə, bu çərçivədə İranın hazırkı hökuməti qonşu ölkələrlə münasibətlərin inkişaf etdirməsinə çalışır.
Səfir əlavə edib ki, İran və Azərbaycanın münasibətlərinin fonunda İranın Gilan vilayətinin nəqliyyat infrastrukturları potensialları qarşılayacaq səviyyədə yüksəldilməlidir.
O qeyd edib ki, Azərbaycan vasitəsi ilə İranın Rusiya ilə yol və dəmiryol sahəsində ticarət mübadilələrinə şərait yaranıb. Belə ki, ötən 1 il ərzində Astara dəmiryolu vasitəsi ilə İrandan Rusiyaya 700 min ton məhsul ixrac edilib.
Qeyd edək ki, İran Gömrük Administrasiyasının statistikasına əsasən, cari İran ilinin 9 ayı (21 mart -21 dekabr 2023) ərzində İranın Astara gömrüyü vasitəsi ilə qeyri-neft məhsul ixracı 380 milyon dollar dəyərində 583 min ton, İrana məhsul idxalı 144 milyon dollar dəyərində 118 min ton, məhsul tranziti isə 559 min ton təşkil edib.

Tehsil-press.az


Oxşar xəbərlər