Ermənistan Baş naziri Nikol Paşinyan hamını inandırır ki, 4 kəndi Azərbaycana təhvil verməkdən başqa yol yoxdur.
Bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
Nazir Ermənistan hakimiyyətinin Almatı bəyannaməsi çərçivəsində 1991-ci il sərhədlərinə hörmətlə yanaşmağa hazır olması barədə bəyanatına diqqət çəkərək qeyd edib ki, bu, Qarabağın Azərbaycanın bir hissəsi olması deməkdir.
“Eyni zamanda, Nikol Paşinyan Tavuş vilayətində anklav olmayan 4 kəndi təhvil verməyə hazır olduğunu açıqlayıb. O, indi həmin rayonda əhalini inandırır ki, başqa cür davranmaq düzgün deyil”, - nazir vurğulayıb.
Lavrovun sözlərinə görə, Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınması və Almatı bəyannaməsinin tanınması ilə bağlı sənəd (Praqa) imzalananda Azərbaycanda “erməni milli azlığının xüsusi hüquqları”nın təmin edilməsi zərurəti barədə heç nə deyilməyib. /teleqraf.com/
Tehsil-press.az