“2022-23-cü tədris ilində Azərbaycanın ali və orta ixtisas məktəblərindən turizm təhsili üzrə məzun olanların sayı 1 548 nəfər təşkil edib”.
Bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bu gün Dövlət Turizm Agentliyinin və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) təşkilatçılığı ilə Bakıda keçirilən “QDİƏT-ə üzv dövlətlərin turizm üzrə ixtisaslaşmış təhsil müəssisələrinin birinci görüşü”ndə deyib.
Onun sözlərinə görə, həmin tədris ilində peşə təhsili müəssisələri tərəfindən təqdim edilən ixtisaslarda 340 nəfər məzun adını qazanıb.
F.Nağıyev xatırladıb ki, 30 illik işğaldan sonra azad edilmiş torpaqlarda bu yaxınlarda Azərbaycan Prezidenti Qarabağ Universitetinin yaradılması ilə bağlı sərəncam imzalayıb:
“Bu universitetdə turizmlə də bağlı ixtisaslar olacaq. Turizm təhsilinin əsas məqsədi turizmin bütün növləri üçün lazımi bilik və bacarığa malik insan kapitalını təmin etməkdir”.
O bildirib ki, turizm sektorunda iş yerlərinin ildən-ilə çoxalması və karyera imkanları gənclərin bu sahəyə marağının artmasına səbəb olur.
Tehsil-press.az