Abituriyentlər Azərbaycan Turizm və Menecment Universiteti barədə məlumatlandırılıb

Abituriyentlər Azərbaycan Turizm və Menecment Universiteti barədə məlumatlandırılıb 2020-2021-ci tədris ilində Azərbaycan Turizm və Menecment Universitetinə (ATMU) qəbulla əlaqədar bu ali məktəbin məsul əməkdaşlarının abituriyentlərlə onlayn görüşü keçirilib.
Görüşdə abituriyentlərə ixtisaslar, ixtisasların daxil olduğu qəbul qrupları, keçid balları, universitetin tələbələr üçün təmin etdiyi imkanlar, beynəlxalq təhsil proqramları, "Azərbaycan-Avstriya Turizm Proqramı", məzunlar üçün iş imkanları, tələbələrin könüllülük fəaliyyətinin təşkili və digər mövzular haqqında ətraflı məlumat verilib. Həmçinin ötən tədris ilində turizm işinin təşkili ixtisas proqramı üzrə ISO 9001:2015 və eyni təhsil proqramı üzrə Ümumdünya Turizm Təşkilatının “UNWTO.TedQual” beynəlxalq keyfiyyət sertifikatlarına layiq görülməsi də abituriyentlərin diqqətinə çatdırılıb.
Görüşdə ATMU-nun əməkdaşları abituriyentlərin suallarını cavablandırıblar.

Tehsil-press.az

Oxşar xəbərlər