Tədbirdə Qəbələ Peşə Təhsili Mərkəzi ilə regionda fəaliyyət göstərən özəl sektor arasında əməkdaşlığı gücləndirmək məqsədilə yaradılan Məşvərət Şurasının əsasnaməsi müzakirə olunaraq təsdiq edilib. Qərara alınıb ki, ilk mərhələdə şura tədris planlarının razılaşdırılması, kurikulumlara baxılması və təkmilləşdirilməsi, tələbələrin qiymətləndirməsinin müəssisələr tərəfindən aparılması, karyera mərkəzinin, məktəbdə müəssisə guşələrinin yaradılması kimi fəaliyyətləri həyata keçirəcək.
Sonra kənd təsərrüfatı və turizm ixtisaslarının tədris planları nəzərdən keçirilib və üzvlərin iştirakı ilə razılaşdırılıb.
Görüşdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin, Kənd Təsərrüfatı İdarəsinin, Dövlət Turizm Agentliyinin, Dövlət Məşğulluq Xidmətinin, həmçinin 30-dan çox özəl sektorun nümayəndələri iştirak ediblər.
Xatırladaq ki, “Qəbələ, İsmayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahəsində duala bənzər peşə təhsili və təlimi pilotlarının yaradılması” layihəsi Avropa İttifaqı ilə Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi tərəfindən maliyyələşdirilir və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti tərəfindən icra olunur. Layihənin məqsədi Qəbələ, İsmayıllı və Qax rayonlarında 3 peşə təhsili müəssisəsində kənd təsərrüfatı və turizm sahələrində duala bənzər peşə təhsili və təlimi pilotlarının yaradılması ilə peşə təhsili və təliminin cəlbediciliyini, həmçinin əmək bazarının tələblərinə uyğunluğunu artırmaqdır.
Tehsil-press.az