ATMU-da turizm işçilərinin peşə bayramı qeyd olunub

ATMU-da turizm işçilərinin peşə bayramı qeyd olunub Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) Turizm biznesi kafedrasının “Turizm dərnəyi”ndə Azərbaycan Respublikasında turizm işçilərinin peşə bayramına həsr olunmuş onlayn elmi-praktik tədbir keçirilib.
Tədbirdə kafedranın müdiri dosent Hafiz Hüseynov “Turizm sahəsinin inkişafına dövlət qayğısı” mövzusunda məruzəsində ölkə iqtisadiyyatının bir çox sahələrində, o cümlədən turizm sənayesində nəzərəçarpan irəliləyişlərin olduğunu diqqətə çatdırıb. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi və xüsusi qayğısı ilə turizm sahəsində uğurlu islahatların həyata keçirildiyini vurğulayıb, işğaldan azad edilmiş ərazilərin bərpası, inkişafı, zəruri infrastrukturun yaradılması, əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlərə, o cümlədən bir sıra rayonların iqtisadi baxımdan əhəmiyyətinə aydınlıq gətirib. H.Hüseynov yeni iqtisadi rayonların təbii ehtiyatları, diqqətçəkən gözəllikləri və tarixi abidələrindən söz açıb, ölkənin nəqliyyat infrastrukturunun müasir səviyyədə qurulmasının turizmin inkişafına əsaslı təkan verəcəyini deyib.
Tədbirdə Bakı Turizm Ekskursiya Agentliyinin direktoru Əlixan Mürvətovun “Turizm Gününün yaranma tarixi”, həmin agentliyinin meneceri Nəzrin Əliyevanın “Ümumdünya Turizm Gününün tarixi haqqında” mövzularında məruzələri iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Tehsil-press.az


Oxşar xəbərlər