Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) mühüm vəzifələrindən biri də maliyyə xidmətləri istehlakçılarının və investorların hüquqlarını müdafiə etməkdir. Bu istiqamətdə şəffaflığın artırılması məqsədi ilə bank müştərilərinin bank xidmətlərindən istifadəsi üzrə şikayət indeksinin aylıq əsasda Mərkəzi Bankın rəsmi internet səhifəsində açıqlanması qərara alınıb. 2024-cü ilin fevral ayında Azərbaycanda ən çox şikayət edilən bank siyahısında 3,24 indeksi ilə "Bank VTB" (Azərbaycan) ASC 2-ci seçilib.
Xidmətlərin göstərilməsi sahəsində, xüsusi ilə də maliyyə sektoru ilə bağlı istehlakçılar tərəfindən bankların özlərinə və ya Mərkəzi Banka təklif, ərizə və şikayətlərin təqdim olunması normal təcrübədir.
İndeks bank müştərilərinə göstərilən kassa, hesablaşma, kart əməliyyatları və sair xidmətlərlə bağlı Mərkəzi Banka daxil olan şikayətlər əsasında bankların müştəri bazasına proporsional olaraq hesabat ayı üzrə bankların sıralamasını əks etdirir. Lakin "Bank VTB" ASC-nin bu siyahıda ikinci seçilməsi heç də təsadüf deyil. Çünki yaxın keçmişə nəzər saldığımız zaman 2023-cü ildə "Bank VTB" ASC-nin bank müştərilərinin bank xidmətlərindən istifadəsi üzrə şikayət indeksinin illik rübündə 13,5 indekslə 1-ci seçilib.
Məlumat üçün qeyd etməliyik ki, "Yelo Bank" ASC-də "Bank VTB"-dən heç də geri qalmır. Azərbaycanda fəaliyyət göstərən bu bankların zaman-zaman həm mətbuatda, həm də sosial şəbəkələrdə bir sıra vətəndaş narazılığı və maliyyə problemlərində adları hallanır.
Son hadisələr fonunda Azərbaycanda Rusiya kapitallı iki bank olan “Bank VTB (Azərbaycan)” və “Yelo Bank”ın aqibəti və müştərilərinin mütləq bilmək istəyəcəyi bir neçə vacib nüansı diqqətinizə çatdıraq.
Kiçik bir araşdırma apardığımız zaman “Bank VTB” ASC-nin zaman-zaman həm vətəndaş şikayətlərində, həm də qalmaqallı maliyyə problemlərində adının hallandığının şahidi ola bilərik.
Məsələ burasındadır ki, birbaşa Rusiyadan maliyyələşən “Bank VTB və “Yelo Bank”ın irəliləyən zamanlarda başının ciddi mənada problemlərdə olacağını deyə bilərik. Belə ki, Rusiyaya qarşı Qərb tərəfindən sanksiyalar tətbiq olunması ilk növbədə ölkənin Mərkəzi Bankında yaradacağı problemlər azmış kimi, irəliləyən zamanlarda maliyyə probleminin Azərbaycanda fəaliyyət göstərən “Bank VTB” (Azərbaycan) və “Yelo Bank” ASC-yə təsirsiz ötüşəcəyi istisna edilmir.
Nəzərə çatdırmaq istrəyirik ki, hər iki bank nəinki qanuni, həm də qanunsuz yollarla borc qaytarmaq üzrə yerli liderlər sırasındadır. Belə ki, bu banklar qanunsuz fəaliyyət göstərən kollektorlarla yanaşı, həmçinin bəzi hüquq-mühafizə orqanlarından da kollektor kimi istifadə etməkdən çəkinmirlər.
“Yelo Bank”ın isə əsas səhmdarları Rusiya vətəndaşları Vahid Ələkbərov və Marina Kulişovadır. Hazırda isə həm VTB-nin, həm də onun maliyyədarlarının durumu heç də ürəkaçan deyil. Bu baxımdan buradakı banklarının başına hər an, hər şey gələ bilər.
Bu baxımdan sözügedən bankın müştəriləri ehtiyatlı davranmalıdır. Sığortalı əmanətçilər (100000 manatadək) və sahibkarlar (20000 manatadək) narahat olmaya bilər, vəsaitləri sığortalıdır. Digərləri, xüsusən də koorporativ müştərilərin tədbirli olmasında fayda var.
Bu banklara borcu olanlara gəldikdə isə mövcud durumda daha ürəkli olaraq qanunsuz təzyiqlərə qarşı cəsarətlə çıxış edə bilərlər. Çünki məlum banklar hazırda qoçuluq etmək iqtidarında deyillər.
Sözügedən bankların tək problemi maliyyə ilə bitmir. Belə ki, Azərbaycanda bu banklarla bağlı vətəndaşların kifayət qədər şikayəti və narazılığı da var. Adı zaman-zaman müxtəlif qalmaqallarda və problemli əməliyyatlarda hallanan, azərbaycanlı milyarder, Rusiya vətəndaşı Vahid Ələkbərova mənsub olan "Yelo Bank”ın adının tez-tez şikayət və müştəri narazılığında görə bilərik.
Buna redaksiyamıza gələn müraciətlər və zaman-zaman sosial şəbəkələrdə yayılan məlumtları misal (Növbəti xəbərlərdə şikayətlər, narazılıqlar, pul köçürmələri ilə bağlı "Yelo Bank" ASC-nin vətəndaşların başına açdığı işlər və pulsuz verilən kartlardan nağdalaşdırma zamanı tutulan fantastik məbləğdə kommisyalar göstəriləcək) çəkə bilərik.
Məlumat üçün qeyd edək ki, bu xəbəri dərc etməklə müəssisənin işgüzar nüfuzunu zədələmək niyyətimizin olmadığını bir daha bəyan edir, “Yelo Bank” və “Bank VTB” ASC-yə qarşı hər hansı qərəzli mövqeyimizin olmadığını vurğulayırıq.
Tehsil-press.az