UFAZ və Yelo Bank arasında əməkdaşlıq imkanları müzakirə edilib

UFAZ və Yelo Bank arasında əməkdaşlıq imkanları müzakirə edilib Azərbaycan-Fransız Universitetinin (UFAZ) icraçı direktoru Vazeh Əskərov, baş katibi Elizaveta Bydanova və ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Nəzrin Mirzəyevanın Yelo Bankın nümayəndələri ilə görüşü olub.
Görüş zamanı Yelo Bankın İşə qəbul və kadrlar şöbəsinin müdiri Kəmalə Eynullayeva gələcək əməkdaşlıq imkanları ilə bağlı müxtəlif təşəbbüslər irəli sürüb. Bu sıraya UFAZ tələbələrinin Yelo Banka getməsi, tələbə qızlara təqaüd imkanları və UFAZ-da tələbə layihələri və hakatonlara ümumi maliyyə dəstəyi daxildir.
Sonra fikir mübadiləsi aparılıb.
Qonaqlar xüsusilə bank sektorunun artan rəqəmsallaşmasında böyük rolu olacaq kompüter elmləri ixtisası üzrə təhsil alan tələbələrə maraq göstəriblər.

Tehsil-press.az




Oxşar xəbərlər