UNEC-in 9 tələbəsi “Yelo Bank”da təcrübə imkanı qazanıb

UNEC-in 9 tələbəsi “Yelo Bank”da təcrübə imkanı qazanıb “Yelo Bank”ın nümayəndələri Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri ilə görüşüblər.
Bankın İnsan resursları departamentinin direktoru Nigar İbadzadə, Marketinq departamentinin direktoru Tofiq Ağayev, Mikrobiznes müştərilər üzrə departamentinin direktor müavini Yusif Əliyev və İşə qəbul şöbəsinin mütəxəssisi Gülnar Seyidova tələbələrə “Yelo Bank”ın karyera imkanları, təcrübə proqramları barədə məlumat veriblər.
Görüşdə tələbələr arasında müsabiqə də təşkil olunub. Müsabiqədə fəallığı ilə seçilən 9 tələbə “Yelo Bank”ın ənənəvi yay təcrübə proqramında iştirak hüququ qazanıb.
Digər iştirakçılara isə müxtəlif hədiyyələr təqdim olunub.

Tehsil-press.az


Oxşar xəbərlər