Tbilisidə “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi əleyhinə aksiya keçirən etirazçılar Respublika meydanından parlament binasına yürüş ediblər.
Hazırda parlament binasının ətrafında vəziyyət gərgindir.
Binanın girişlərinin təhlükəsizliyi gücləndirilib. Etirazçılardan bəziləri hakim “Gürcü Arzusu” partiyasının sabah parlament binasının qarşısında keçiriləcək mitinqi ilə əlaqədar quraşdırılmış səhnəni tutmağa çalışıblar. Nəticədə polislə etirazçılar arasında qarşıdurma olub, polis bibər qazından istifadə edib.
Qeyd edək ki, bu dəqiqələrdə əraziyə çox sayda xüsusi təyinatlı polis dəstələri və su şırnağı səfərbər edilib.
Daxili İşlər Nazirliyindən bildirilib ki, parlament binası yaxınlığında davam edən etiraz aksiyası zorakılığa çevrilib - Polis asayişi bərpa etmək üçün qanunla müəyyən edilmiş xüsusi vasitədən istifadə edib.
Tehsil-press.az