Gürcüstanda rusiyapərəst aksiya iştirakçıları Avropa İttifaqının bayrağını yandırıblar

Gürcüstanda rusiyapərəst aksiya iştirakçıları Avropa İttifaqının bayrağını yandırıblar Tbilisinin mərkəzində Rusiya ilə münasibətlərin qurulmasını və Qərbin təsirinə qarşı çıxan "Mühafizəkar hərəkat" qurumu tərəfindən etiraz aksiyası keçirilib.
Aksiya içtirakçıları Avropa İttifaqının bayrağını yandırıblar.
Aksiyaçılar Rustaveli prospektindən parlament binasına yürüş edib. Burada aksiya iştirakçıları Gürcüstanda "Əcnəbilər" haqqında qanun"a dair referendumun keçirilməsini tələb ediblər. Toplaşanlar Gürcüstan bayraqları altında çıxış edərək "sakartvelo" şüarları səsləndiriblər.
Onlar həmçinin Tbilisidə "xarici təsirin şəffaflığı haqqında" qanuna qarşı aksiyalar zamanı zorakı hərəkətlərdə günahkar bilinənlərin cəzalandırılmasını tələb ediblər.

Tehsil-press.az




Oxşar xəbərlər