Etirazçılar Rustaveli prospektini bağladılar

Etirazçılar Rustaveli prospektini bağladılar “Xarici agentlər” haqqında qanuna etiraz edən aksiya iştirakçıları Tbilisinin Rustaveli prospektini bağlayıblar.
Parlament binasının yaxınlığına xüsusi təyinatlı qüvvələr səfərbər edilib.
Əlavə polis dəstələri də parlamentin qarşı tərəfində, Kaşveti məbədinin arxasında yerləşdirilib.
Qeyd edək ki, hazırda Gürcüstan parlamentinin binası qarşısında gərgin vəziyyət yaranıb. Binanın önünə toplanan siyasətçilər, vətəndaş cəmiyyəti nümayəndələri, media işçiləri, tələbələr və sıravi vətəndaşlar parlamentin plenar sessiyasında müzakirə edilən “ xarici agentlər” haqqında qanuna etiraz edirlər.

Tehsil-press.az

Oxşar xəbərlər