ABŞ səfiri xanımı ilə Şuşada - Fotolar

ABŞ səfiri xanımı ilə Şuşada - Fotolar ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi xanımı Danusia Libbi ilə birlikdə Şuşaya gedib.

Bu barədə səfirliyin sosial media hesabında paylaşım edilib.

“Səfər zamanı səfir hökumət nümayəndələri ilə görüşməyi, xanımı ilə birlikdə Şuşa qalası, Xurşidbanu Natəvanın evi, Xan qızı bulağı, Vaqif məqbərəsi ilə tanış olmağı və Cıdır düzünü gəzməyi və səfirliyin dəstəklədiyi ingilis dili proqramında iştirak edən yerli təhsil işçiləri ilə görüşməyi planlaşdırır”, - məlumatda deyilir.

Səfir Şuşada olarkən şəhərin inkişafı üçün görülən işlər və Şuşanın məcburi köçkün icmasının qayıdışı ilə bağlı ətraflı məlumat almaq üçün Şuşa rayonu üzrə xüsusi nümayəndə Aydın Kərimovla görüşüb. Onlar, həmçinin regionun yaşıl enerjisini və ABŞ-nin Azərbaycanın məcburi köçkün icmalarına və minalardan təmizləmə təşəbbüslərinə göstərdiyi dəstəyi müzakirə ediblər.

Qeyd edək ki, ABŞ səfirinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə getməməsi müzakirə olunurdu. Səfirin bu addımı ictimaiyyət tərəfindən tənqid olunurdu.

ABŞ səfiri xanımı ilə Şuşada - Fotolar
ABŞ səfiri xanımı ilə Şuşada - Fotolar
ABŞ səfiri xanımı ilə Şuşada - Fotolar
ABŞ səfiri xanımı ilə Şuşada - Fotolar


Tehsil-press.az

Oxşar xəbərlər