“Global Finance” agentliyi dünyanın ən varlı və yoxsul ölkələrinin reytinqini açıqlayıb.
Reytinq cədvəli adambaşına düşən ÜDM-nin həcminə görə tərtib olunub.
Agentliyin saytında yerləşdirilən reytinq cədvəlində dünyanın ən varlı ölkələri siyahısına Lüksemburq başçılıq edir. Bu ölkədə adambaşına düşən ÜDM-nin həcmi 143 383 dollardır.
İlk onluqda sonrakı yerləri Makao, Qətər, İrlandiya, Birləşmiş Ərəb Əmirlikləri, İsveçrə, Norveç, San Marino və ABŞ tutur.
Reytinq cədvəlində dünyanın ən kasıb ölkəsi Cənubi Sudan olub. Burada adambaşına düşən ÜDM-nin həcmi 455 dollardır.
Burundi ən yoxsul ölkələr arasında ikinci yerdədir.
Üçüncü yerdə Mərkəzi Afrika Respublikası gəlir. Maraqlıdır ki, ilk sıralardakı digər iki ölkədən fərqli olaraq, Mərkəzi Afrika Respublikası qızıl, neft, uran və almazla zəngindir. Buna baxmayaraq, ölkə illərdir dünyanın ən kasıb dövlətləri sırasında yer alır.
İlk onluq Konqo Demokratik Respublikası, Mozambik, Niger, Malavi, Liberiya, Madaqaskar və Yəmənlə tamamlanıb.
Tehsil-press.az