Ermənistanın baş naziri Nikol Paşinyan aksiyaçıların istefa tələbinə məhəl qoymayıb.
Arxiyepiskop Baqrat Qalstanyanın istefa üçün Paşinyana verdiyi bir saat başa çatsa da o vaxtı uzatmayıb.
O, parlament vasitəsi ilə impiçmentə gedəcəyini və bunun üçün parlament partiyaları ilə danışıqlar aparacağını bildirib.
“Vətən uğrunda Tavuş” müxalifət hərəkatının lideri arxiyepiskop Baqrat İrəvanda Respublika Meydanında keçirilən mitinqdə baş nazir Nikol Paşinyanın istefa verməsi üçün bir saat vaxt verdiyini bildirib.
“İlk dəfədir ki, onun adını çəkirəm. Nikol Paşinyan! Mən sizə istefa üçün bir saat vaxt verirəm. Bir saat ərzində sizinlə görüşməyə və istefa şərtlərini müzakirə etməyə hazıram”, – o deyib.
Erməni Apostol Kilsəsinin Tavuş Yeparxiyasının primatı Baqrat Qalstanyanın rəhbərliyi ilə Kirants kəndindən başlayan “Vətən naminə Tavuş” hərəkatının iştirakçıları Azərbaycanla sərhədlərin delimitasiyasına etiraz edirlər.
İrəvandakı Respublika meydanına və Ermənistan hökumətinin binasına bitişik əraziyə çoxsaylı polis qüvvələri yerləşdirilib. Hökumət binasının qarşısında polis bir neçə cərgədən ibarət kordonda düzülüb.(referans.az)
Tehsil-press.az