Prezident baş nazirin çıxışını tənqid edərək rus yönlü adlandırıb

Prezident baş nazirin çıxışını tənqid edərək rus yönlü adlandırıb “Bu qanun açıq şəkildə rus qanunudur və "bu qanunda rus nədir?” deyə sual heçnəyi dəyişmir".

Bu barədə Prezident Salome Zurabişvili keçirdiyi brifinqdə bildirib.

Zurabişvilinin sözlərinə görə, baş nazir İrakli Kobaxidzenin bugünkü çıxışı da rusyönlü idi və “heç kim Rusiya qanunlarına qayıtmayacaq:

"Bu, Rusiya qanunudur, amma daha çox narahat edən odur ki, bu qədər üzərində dayandığınız qanun artıq rus simvoluna çevrilib. Əslində sizin öz sözləriniz, cəmiyyətə qarşı rus zorakılığıdır. Baş nazirin çıxışları da rus sayağı çıxışlardır və heç kim Rusiya qanunlarına qayıtmayacaq.

Dünən xalq bir daha sülh yolu ilə dünyaya göstərdi ki, Avropanın gələcəyini şübhə altına almağa imkan verməyəcək”.

Prezident həmçinin qanunun icra müddətini seçkilərdən sonra noyabrın 1-nə qədər uzatmağı hökumət komandasına təklif edib:

"Bu qanunun qüvvəyə minmə tarixini noyabrın 1-nə qədər uzatmaq üçün əlimdən gələni etməyə çalışacam. Hakim komandaya qanunun icrasını noyabrın 1-nə qədər uzatmağı təklif edirəm. Seçkilərdən sonra hökumət bu qanunun rusiyanın olub-olmamasına qərar versin", - deyə prezident vurğulayıb.

Zurabişvili “xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin əleyhdarlarını “son dərəcə diqqətli” olmağa və təxribatlara uymamağa çağırıb.

O, hüquq-mühafizə strukturlarına müraciət edərək deyib ki, baş nazirin sözlərində eşidilən hədələrə heç kim cəsarət etməməlidir.

S. Zurabişvili öz çıxışında bir daha qeyd edib ki, “Xarici təsirin şəffaflığı haqqında” qanuna veto qoyacaq.

Tehsil-press.az

Oxşar xəbərlər