Prezident aksiyalar zamanı həbs olunan gənc fəalı əfv edəcəyini açıqlayıb

Prezident aksiyalar zamanı həbs olunan gənc fəalı əfv edəcəyini açıqlayıb Ölkə prezidenti Salome Zurabişvili, mart etirazları zamanı polislərin sağlamlığına zərər vurmaqda və dövlət əmlakını dağıdmaqda ittiham edilərək həbs edilən Lazare Qriqoriadisi əfv edəcəyini açıqlayıb.

Bu barədə S. Zurabişvili “TV Pirveli” telekanalına müsahibəsində bildirib.

O qeyd edib ki, ona heç kim zəng etməyib və bu gün səhər özü bu barədə qərar verib:

“Sizə deyim ki, bu gün səhər saat 10-da Lazare Qriqoriadisi əfv etmək qərarına gəldim. Mən vicdanımda hiss etdim ki, bu gəncə 9 il cəza verilməsi düzgün deyil. Mən hələ imzalamamışam, prosedurlar qabaqdadır, lakin heç kimə bir fikir bildirmədən özüm qərar qəbul etmişəm”, - deyə Salome Zurabişvili bildirib.

Qeyd edək ki, bu gün Tbilisi Şəhər Məhkəməsi ötən il “xarici agentlər haqqında” qanun layihəsi ilə əlaqədar keçirilən aksiyalar zamanı saxlanılmış yeganə etirazçı 23 yaşlı Lazare Qriqoriadis barədə 9 il müddətinə həbs qərarı verib.

Tehsil-press.az

Oxşar xəbərlər