ATƏT sədrinin İrəvanda möhtəşəm “Qərbi Azərbaycan” cavabı

ATƏT sədrinin İrəvanda möhtəşəm “Qərbi Azərbaycan” cavabı Hazırda İrəvanda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici naziri Yan Borqa Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla keçirdiyi mətbuat konfransında təxribatçı sual verilib.

Azərbaycanlı qaçqınların dədə-baba yurdlarına qaytarılması ilə bağlı məsələni “Azərbaycanın ərazi iddiası” kimi təqdim etməyə çalışan erməni mediasının sorğusunu ATƏT sədri cavabsız qoyub.

Belə ki, “Bakının ATƏT platformasından özünün Qərbi Azərbaycan gündəliyini və Maltanın dolayısı ilə töhfə verdiyi Ermənistana qarşı “ərazi iddialarını” təbliğ etmək üçün istifadə etməyə çalışdığı” iddia edilib.

Cavabında maltalı nazir qeyd edib ki, Maltanın ATƏT-dəki sədrliyi çox şəffaf və dürüstdür və ölkə hərtərəfli sülhə nail olmaqda Ermənistan və Azərbaycana kömək etmək niyyətindədir. Eyni zamanda, nazir xatırladıb ki, Bakı ilə İrəvan arasında proses ikitərəfli qaydada gedir. Nazir müsbət nəticə ümidi ilə hər iki paytaxtda danışıqlar aparacaq.

Sərhədin delimitasiyası ilə bağlı suala cavab verən Borq prosesin özünü konstruktiv qiymətləndirib, lakin daha dolğun fikir bildirməkdən imtina edərək prosesin ikitərəfli olduğunu, ATƏT-in bu işə qarışmadığını vurğulayıb.

Qeyd edək ki, ATƏT sədri Bakıya sabah gələcək.

Tehsil-press.az

Oxşar xəbərlər