İrəvan 100 milyonluq stansiyanı Bakıya verir?

İrəvan 100 milyonluq stansiyanı Bakıya verir? Ermənistanın Azərbaycanın Qazax bölgəsi ilə sərhəddə yerləşən Tavuş vilayətinin Kirant kəndinin icma rəhbəri Hayk Qalumyan sakinlərlə qapalı görüş keçirib.

Bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Sadəcə kişilərin iştirak etdiyi və medianın buraxılmadığı görüşdə kənddəki ərazilərdən hansı hissənin Azərbaycana təhvil veriləcəyinin açıqlandığı bildirilir.

Görüşdə iştirak edən kənd sakinlərindən biri müəyyən edilən sərhəd xəttinin etirazlara rəğmən dəyişməyəcəyini deyib:

“Ümumilikdə isə Kirant ərazisindən keçən dövlətlərarası yol, torpaq sahəsi, ötən il 100 milyona tikilən su nasos stansiyası Azərbaycanın nəzarətinə keçəcək. Bizi sakitləşdirməyə çalışırdı ki, sədd çəkiləcək və təhlükəsizlik təmin olunacaq. Əgər kənd camaatı yolu açmasa, o zaman qırmızı beretlilər gələcək və yolu məcburi şəkildə açacaqlar”.

Qeyd edək ki, H.Qalumyanla görüşdən sonra kənd camaatı Kirantdan keçən dövlətlərarası yolu açıb.

Tehsil-press.az

Oxşar xəbərlər