İtaliyada taksi sürücüləri milli tətil edib.
Bu sahədə fəaliyyət göstərən həmkarlar ittifaqlarının qərarı ilə ölkə üzrə bütün taksi sürücüləri 14 saatlıq tətil ediblər. Buna səbəb kimi taksi xidməti sektorunda müvafiq tənzimləmələrin aparılmaması göstərilir.
Ölkənin müxtəlif şəhərlərindən gələn 500-dək taksi sürücüsü paytaxt Romadakı San Silvestro meydanına toplaşıb, şüarlar səsləndiriblər. Etirazçılar tələbləri yerinə yetirilmədiyi təqdirdə Avropa Parlamenti seçkiləri öncəsi 48 saatlıq tətil edəcəklərini bildiriblər.
Milan, Turin və Neapol kimi ölkənin digər böyük şəhərlərindəki tətillər səbəbindən nəqliyyatın hərəkətində problemlər yaranıb
Tehsil-press.az