E-taksi yaradıldı: kartı olmayanlar cərimələnəcək

E-taksi yaradıldı: kartı olmayanlar cərimələnəcək Taksi fəaliyyətinə dair nəzarət mexanizminin həyata kecirilməsi üçün "AYNA" informasiya sistemində "E-taksi" alt sistemi yaradılıb.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, operatorlar tərəfindən adsızlaşdırılmış məlumatlar real vaxt rejimində həmin sistemə ötürüləcək.

Bununla yanaşı ərazidə fiziki olaraq AYNA və DYP əməkdaşları tərəfindən buraxılış kartları yoxlanılacaq.

Buraxılış kartı olmadan taksi minik avtomobilləri ilə sərnişin daşıyanlar İnzibati Xətalar Məcəlləsinə əsasən cərimələnəcək.

Tehsil-press.az

Oxşar xəbərlər