Satışda olan kolbasalar SİÇAN ətindən hazırlanır? - Metro çıxışları, 8-ci km bazarı...- Şok

Satışda olan kolbasalar SİÇAN ətindən hazırlanır? - Metro çıxışları, 8-ci km bazarı...- Şok Son günlər kolbasaların tərkibinin nədən olması məsələsi müzakirə olunur. Rəsmilər də danmır ki, kolbasaların tərkibində xaricdən gətirilmiş ətlər xammal kimi istifadə olunur. Bununla yanaşı istehsal olunan kolbasaların tərkibi nəinki naməlum ətdən, hətta kartondan da ibarət olur. Kolbasaların siçan ətindən hazırlanması ilə bağlı da iddialar mövcuddur.

Mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov danışıb:

"Azərbaycanda 20- dən çox kolbasa istehsalçısı var. Lakin, barmaqla sayılan sayda təmiz ətdən kolbasa və sosiska məmulatları hazırlayan müsəsisələr mövcuddur. Ən müasir tələblərə cavab verən istehsal müəssisələei də var. Lakin, bununla belə nədən gəldi, necə gəldi deyərək kolbasa hazırlayan və naməlum xammal mənbəyi olan kolbasa istehsalçıları da var. Hansı kolbasaların ki, üzərində etiket yoxdur, bax bu tərkibi naməlum kolbasalardandır".

Ekspert bildirir ki, bu cürə tərkibi şübhə doğuran, naməlum kolbasalar əsasən metro çıxışlarında, 8-ci kilometr bazarında və s.yerlərdə satılır:

"Təəssüflər olsun ki, standartlara uyğun, təmiz kolbasa istehsal edən müəssisələr birləşib, onlara qarşı heç bir mübarizə aparmır. Sanki bazarda kim necə aldadır- aldatsındır".

Eyyub Hüseynov kolbasaların siçandan hazırlanması məsələsindən də söz açıb: "İnanmıram ki, Azərbaycanda elə müəssisə olsun ki, orada siçan əti olsun. Bu mümkün olan bir şey deyil. Bəlkə anti-sanitar şəraitlərdə belə şeylər ola bilər. Xaricdən gələn kolbasa məmulatlarına isə şübhə ola bilər. Bunlar çox bəzəkli etiketləşdirilirlər, dadlı olurlar. Bütün hallarda istelakçıları çagırıram ki, yerli, tanınmış kolbasa istehsalçılarının mallarına üstünlük versinlər".

Tehsil-press.az

Oxşar xəbərlər