Binə qəsəbəsində yerləşən “Fəal” kursunun kimya müəllimi Leyla Muradovanın təşəbbüsü və rəhbərliyi ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutuna ekskursiya təşkil olunub. Ekskursiya kimya fənninə xüsusi marağı olan 40 məktəblinin istəyi əsasında həyata keçirilib. Ekskursiya zamanı institutun Makromonomer əsaslı polimer materiallar, Elektro- və bioaktiv роlimеr materialları laboratoriyalarında və Fiziki - kimyəvi analiz şöbəsində istifadə olunan cihaz və avadanlıqların iş prinsipləri, təyinatları haqqında məlumatlar verilib, məktəblilərin maraqlarına uyğun əyani tərcübələr nümayiş olunub, sualları cavablandırılıb. İnstitutun tarixi, alimləri və nailiyyətlərindən bəhs edilib.
Belə görüşlərin keçirilməsi elm və təhsilin inteqrasiyası, elmin təbliği, məktəblilərin elmi-tədqiqat işlərinə maraqlarının artırılması, istedadlarının aşkar edilərək inkişaf etdirilməsi və gələcək peşələrinin seçimi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Görüşün sonunda qonaqlar nəzəri biliklərini əyani olaraq görmələrinə şərait yaratdıqları üçün institutunun rəhbərliyi və kollektivinə xüsusi minnətdarlıqlarını bildiriblər.
Tehsil-press.az