Polimer Materialları İnstitutunun direktoru ADNSU tələbələrinə mühazirə oxuyub

Polimer Materialları İnstitutunun direktoru ADNSU tələbələrinə mühazirə oxuyub Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Polimer Materialları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Bəxtiyar Məmmədov “dəvətli professor” qismində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) üzvi maddələr və yüksək molekullu birləşmələrin texnologiyası kafedrasının qonağı olub.
Professor Bəxtiyar Məmmədov bu cür görüşlərin keçirilməsinin tələbələr üçün əhəmiyyətindən danışıb. Daha sonra Bəxtiyar Məmmədov tələbələrə “Polikondensləşmə” mövzusunda mühazirə keçib.
Sonda tələbələrin sualları cavablandırılıb.

ADNSU-nun Mətbuat Xidməti



Oxşar xəbərlər