Polimer Materialları İnstitutunda SOCAR Türkiyə şirkətinin mütəxəssisləri ilə görüş keçirilib

Polimer Materialları İnstitutunda SOCAR Türkiyə şirkətinin mütəxəssisləri ilə görüş keçirilib AMEA-nın Polimer Materialları İnstitutunda SOCAR Türkiyə Tədqiqat-İnkişaf və İnnovasiya şirkətinin baş direktoru Bilal Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə Polimer Materialları İnstitutunun icraçı direktoru kimya elmləri doktoru, dosent Kazım Quliyev, laboratoriya və şöbə müdirləri, o cümlədən SOCAR Türkiyə Tədqiqat-İnkişaf və İnnovasiya şirkətinin alim və aparıcı mütəxəssisləri iştirak ediblər.
Azərbaycanda işgüzar səfərdə olan nümayəndə heyəti ilə keçirilən görüşdə tərəflər arasında əməkdaşlıq imkanları müzakirə edilib, qarşılıqlı əlaqələrin yaradılmasının əhəmiyyəti vurğulanıb. Birgə əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi və əlaqələrin qurulması istiqamətlərində aparılan danışıqlar zamanı hər iki tərəfin gördüyü fundamental və tətbiqi işlərdən bəhs edilib, ortaq maraq doğuran sahələr üzrə elmi əməkdaşlıq və planlar təhlil edilərək ətraflı fikir mübadiləsi aparılıb.
Sonda qonaqlar institutun elmi nəticələri və nailiyyətləri, laboratoriyalarda yerinə yetirilən elmi-tədqiqat işləri ilə əyani tanış olublar.

Tehsil-press.az


Oxşar xəbərlər