Qərbdə bu qədər diqqət çəkən “Xarici təsirin şəffaflığı haqqında” qanun Gürcüstanda Rusiyaya qarşı ikinci cəbhə açmaq üçün bəhanədir.
Bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze deyib.
“2022-ci ilin əvvəlindən Gürcüstanda Rusiyanın mövqelərini zəiflədəcək, amma ölkəmizi məhv edəcək ikinci cəbhənin açılmasına ciddi maraq var. Belə maraq bu gün də mövcuddur”, - baş nazir bildirib.
Kobaxidze hesab edir ki, müasir dünyada qlobal müharibə partiyası var, o Gürcüstanın taleyi ilə qətiyyən maraqlanmır, onun yeganə marağı Rusiyanın mövqelərini zəiflətməkdir.
“Türkiyə bu gün eyni qanunu qəbul edir, hətta bizimkindən daha sərt, amma NATO üzvü Türkiyəyə qarşı heç kimin heç bir şərhi yoxdur. Məntiq sadədir. Gürcüstandan fərqli olaraq Türkiyəni ikinci cəbhə açmağa məcbur etmək olmaz”, - baş nazir vurğulayıb.
Gürcüstan lideri qlobal müharibə partiyasının arxasında kimin dayandığını açıqlamayıb, amma bu qüvvələrin Avropa Birliyi və ABŞ-yə təsirlərinin olduğunu iddia edib.
Onun sözlərinə görə, Gürcüstanın indiki hakimiyyəti təslim olub istefa verə bilər, amma bundan sonra hakimiyyət 2012-ci ilə qədər iqtidarda olmuş siyasi qüvvənin (Mixail Saakaşvili) əlinə keçəcək: “Bu siyasi qüvvənin zəmanətli nəticəsi Gürcüstanın ukraynalaşdırılması, çox qısa müddətdə ikinci cəbhənin açılması olacaq, ona görə də buna imkan verməyəcəyik”.
Tehsil-press.az