"Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli formatı bir-birinin suverenliyinə və milli maraqlarına hörmət edən ölkələrin necə səmərəli və uğurlu əməkdaşlıq edə biləcəyinə çox gözəl nümunədir".
Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə keçirdiyi brifinqdə bildirib.
Gürcüstan hökuməti başçısının sözlərinə görə, Gürcüstan və Türkiyə arasında bütün sahələrdə strateji əməkdaşlığın daha da inkişaf etdirilməsi vacibdir.
“Biz hesab edirik ki, regional əməkdaşlıq vacibdir və onun məqsədi sülh və sabitliyə, eləcə də ölkələrimizin inkişafına töhfə vermək olmalıdır. Bu baxımdan, Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli formatı bir-birinin suverenliyinə və milli maraqlarına hörmət edən dövlətlərin necə səmərəli və uğurlu əməkdaşlıq edə biləcəyinə, region üçün belə əməkdaşlıq proqramlarını həyata keçirə biləcəklərinə çox gözəl nümunədir. Ölkələrimizi birləşdirən müxtəlif strateji layihələr haqqında da söhbətimiz oldu.
Təbii ki, bütün sahələrdə strateji əməkdaşlığımızın daha da inkişaf etdirilməsi çox vacibdir. Biz, həmçinin təhsil, müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlıq kimi əməkdaşlığın digər ölçüləri haqqında da danışdıq. Əlbəttə, biz əməkdaşlığın hər bir aspektinə xüsusi önəm veririk. Cənab Prezident, bu görüş xalqlarımızın mənafeyinin reallaşması üçün mühüm əhəmiyyət kəsb edən əməkdaşlığımızın və strateji tərəfdaşlığımızın daha da dərinləşməsinə qayğı göstərməkdə ümumi marağı bir daha ortaya qoydu. Bir daha səmimi qonaqpərvərliyə görə dərin minnətdarlığımı bildirmək istəyirəm”, - Kobaxidze bildirib.
Tehsil-press.az