Sertifikasiyadan sınaq imtahanı keçiriləcək

Sertifikasiyadan sınaq imtahanı keçiriləcək "Bu il sertifikasiyaya cəlb olunacaq müəllimlərə sınaq imtahanı keçiriləcək".

Bunu Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin direktoru Nəzakət Mehdiyeva bu gün baş tutan "Təhsil Masası"nda qeyd edib.

N.Mehdiyevanın sözlərinə görə sertifikasiyadan əvvəl təşkil olunacaq sınaqlar hazırlıq mərhələsindədir:

"Sertifikasiya imtahanından əvvəl sınaqlar təşkil olunacaq, hətta qeyd edim ki, tam hazırlıq mərhələsindədir. Demək olar ki, bununla bağlı bir neçə günə daha ətraflı məlumat veriləcək. Müəllimlərə sınaqlar təqdim olunacaq. Bu, bir növ imtahanqabağı məşq kimidir", - deyə bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər