Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla Naxçıvanın 100 yaşlı kənd orta məktəbinin qonağı olub.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifəsini icra edən nazir müavini Elxan Nəcəfovun da iştirak etdiyi görüş Şahbuz rayon Kükü kənd orta məktəbində olub.
Məktəbin direktoru Mais Məmmədov qonaqları salamlayıb, onları görməkdən şad olduğunu bildirib. Qeyd edilib ki, sevindirici haldır ki, bu il muxtariyyətin 100 ilində məktəbin də 100 yaşı tamam olur. O, 1924-cü ildə fəaliyyətə başlamış Şahbuz rayon Kükü kənd tam orta məktəbinin 100 illik yubileyinin keçirilməsi haqqında verilmiş qərarın təhsilə göstərilən diqqətin xüsusi təzahürü hesab edib.
Direktor bu il məzun olacaq şagirdlərin 2 nəfərinin qızıl medala layiq görüldüyünü bildirib.
Kamal Abdulla uşaqlıq xatirələrindən, kənddə keçirdiyi xoş günlərdən danışıb. Rektor bədii yaradıcılığından, müəllimlik təcrübəsindən söz açıb. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Himayəçilik Şurasının sədri kimi Azərbaycan xalqının həyat tərzi olan multikulturalizm barədə məlumat verib. Qeyd edilib ki, ölkəmizdə multikultural dəyərlər son dərəcə yüksək qiymətləndirilir. Bu, həm Azərbaycan dövlətinin apardığı siyasətin tərkib hissəsidir, həm də xalqımızın canından, qanından gələn hisslərdir. O bildirib ki, Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev başqa dinin nümayəndələrinə, digər millətlərə hər zaman böyük hörmətlə yanaşırdı. Kamal Abdulla müəllifi olduğu kitabları məktəbin kitabxanasına hədiyyə edib.
Kükü kənd tam orta məktəbinin yetirməsi, NDU-nun Bələdiyyə və turizm kafedrasının dosenti Əli Cabbarov da öz növbəsində müəllifi olduğu kitabları Kamal Abdullaya təqdim edib.
Tehsil-press.az