"Mayın sonuna olan statistikaya görə, bu il hələ ki bizə təxminən 330 namizəd xaricdə təhsil üçün müraciət edib".
Bunu "Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıl artım gündəliyində təhsil” mövzusunda keçirilən konfransda elm və təhsil naziri Emin Əmrullayev deyib. O bildirib ki, onlardan 96-sı dünyanın Top-10 universitetinə qəbul olanlardır:
"Yəni məzun olan hər 3 tələbədən biri Top-10 universitetə qəbul olub.
Biz əsasən, gənclərimizi texnoloji sahələrlə oxumaq üçün xaricə göndəririk. Birmənalı olaraq bizim tariximizdə heç vaxt bu sayda adam bu qədər nüfuzlu universitetdə eyni anda oxumayıb. Yəqin ki, bəlli bir müddətdən sonra bunun müsbət təsirlərini bu və ya digər şəkildə görəcəyik. Hazırda keyfiyyət baxımından kifayət qədər bizi sevindirən məsələlər var".
Tehsil-press.az