Türk Dövlətləri Təşkilatı regional münaqişələr və böyük güclər arasında şiddətlənən qlobal hibrid müharibələrə baxmayaraq, özünün portfelini genişləndirir. Belə ki, Rusiya-Ukrayna müharibəsinin davam etdiyi vaxtda Yaxın Şərq cəbhəsində İsrail-Fələstin hərbi toqquşmalarının səhnəyə çıxması TDT-nin tempini qorumaq üçün çağırışlardır.
Xatrıladaq ki, ötən il Türk Dövlətləri Təşkilatı (TDT) hökumətlərinin gömrük orqanları arasında malların və nəqliyyat vasitələrinin hərəkəti haqqında məlumat mübadiləsini asanlaşdırmaq məqsədilə “Türk Dövlətləri Təşkilatı hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında” və “Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumətləri arasında beynəlxalq kombinə edilmiş yük daşımaları haqqında” sazişlər təsdiq olunub. Bu, türk dövlətləri arasında ticarət əlaqələrinin inkişafı istiqamətində daha bir önəmli addım hesab olunur və bu addım sayəsində TDT hökumətləri arasında daşınan mallar və nəqliyyat vasitələri haqqında məlumatlar elektron şəkildə mübadilə ediləcək.
2022-ci il Səmərqənddə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan hökumətləri Orta dəhliz boyu gömrük prosedurlarının sadələşdirilməsi haqqında saziş imzalamışdı. TDT üzvlərindən sadəcə Qazaxıstan bu sazişə qoşulmamışdı. Lakin ötən həftə Qazaxıstan da sadələşdirilmiş gömrük dəhlizinə qoşulduğunu təsdiqləyib.
Məsələni şərh edən politoloq, şərqşünas Vüqar Zifəroğlu bildirib ki, Türk Dövlətləri Təşkilatında üzv olan ölkələrin hazırda çox ciddi inteqrasiyası gedir:
“İqtisadi, mədəni və hərbi sahədə ciddi irəliləyişlər əldə olunur. Bütün bu məqamlar əslində çox maraqlı və eyni zamanda da ciddi geosiyasi və geoiqtisadi əhəmiyyətə malik yeni bir birliyin formalaşmasını ortaya qoyur. Bir neçə gün əvvəl “Made in Turan” brendinin təqdimatı oldu. Məhz bu brendin təşəbbüskarı əslində Azərbaycan idi. Artıq türk dövlətlərinin istehsal etdiyi məhsullar həm də Made in Turan brendi altında təqdim olunacaq. Bütün bunların hamısı onu göstərir ki, hazırda biz çox ciddi iqtisadi inteqrasiyanın içindəyik”.
Politoloq qeyd edib ki, Orta dəhliz boyu gömrük prosedurlarının sadələşdirilməsi həm müəyyən iqtisadi münasibətləri tənzimləyən çox ciddi və önəmli addımlar kimi qiymətləndirilməlidir. Onun sözlərinə görə, ümumilikdə bu prosesdə iştirak edən digər cumhuriyyətlər üçün də bu olduqca vacib iqtisadi dividendlər qazandıracaq:
“Həm iqtisadi cəhətdən, həm də ümumi nəqliyyat kommunikasiya əlaqələrinin genişləndirilməsi cəhətdən bu çox önəmli bir addımdır. Orta Asiya türk dövlətləri, Azərbaycan və Türkiyə ümumilikdə bir nəqliyyat qurşağı yaradır. Bu kifayət qədər ciddi bir məsələdir. Bu şərqlə Qərbi birləşdirən çox mühüm bir xəttdir. Azərbaycan, Türkiyə və digər türk dövlətləri üçün olduqca böyük bir prespektivə malikdir”.
Tehsil-press.az