UNEC-in rektoru “Orhun” proqramının iştirakçıları ilə görüşüb

UNEC-in rektoru “Orhun” proqramının iştirakçıları ilə görüşüb Türk Dövlətləri Təşkilatı Türk Universitetlər Birliyinin (TÜRKÜNİB) “Orhun” proqramı çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) mübadilədə iştirak edən Türkiyənin Atatürk Universitetinin alimləri rektor professor Ədalət Muradovla görüşüblər.
Alimlərlə görüşdə iki universitet arasında əməkdaşlıq əlaqələrinin inkişafı, birgə elmi layihələrdə tərəfdaşlıq imkanları müzakirə edilib. “Orhun” mübadilə proqramının türk dövlətlərinin ali təhsil müəssisələri arasında əlaqələrinin inkişafındakı xüsusi əhəmiyyəti vurğulanıb.
Sonda türk alimlərə “Orhun” proqramının sertifikatları təqdim edilib.

Tehsil-press.az





Oxşar xəbərlər