Beynəlxalq Türk Akademiyası tərəfindən “Türk Barometr 2023: Türk dövlətlərində milli kimlik və mədəni əlaqələr” mövzusunda aparılan elmi-sosioloji tədqiqatın nəticələri elan edilib.
Bununla bağlı Türkiyənin Qazi Universitetində təqdimat mərasimi keçirilib. Türk dövlətlərində 6341 respondentlə həyata keçirilən tədqiqat Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanda əhalinin əhəmiyyət verdiyi sosial və mədəni dəyərləri müəyyən etmək, türk xalqlarının bir-birinə yaxınlaşma təsəvvürlərini ortaya çıxarmaq məqsədi daşıyıb. Tədbir Beynəlxalq Türk Akademiyası və Qazi Universitetinin Türk Dünyası Araşdırma Mərkəzi tərəfindən birgə təşkil olunub. Tədbirdə Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev, Türkiyə Prezidenti Administrasiyasının sabiq Baş katibi professor Mustafa İsen, Qazi Universitetinin prorektoru professor Yücel Gelisli aparılan elmi-sosioloji tədqiqatın türk dövlətləri arasında mövcud münasibətlərlə bağlı təsəvvürlərin və gözləntilərin aşkara çıxarılmasında böyük əhəmiyyət kəsb etdiyini bildiriblər. Onlar, həmçinin xüsusilə qlobal proseslər müstəvisində və türk dövlətlərinin getdikcə bir-birinə daha da yaxınlaşması şəraitində bu cür elmi tədqiqatların keçirilməsinin vacibliyini vurğulayıblar.
Bildirilib ki, müasir dövrdə türk dövlətlərində ortaq dəyərlərin bu cür elmi tədqiqatlarla müəyyən olunması milli-mənəvi dəyərlərin qorunması və yaşadılması baxımından olduqca vacibdir. Elm adamlarının ortaq səyləri nəticəsində ərsəyə gələn bu tədqiqat, eyni zamanda, türk dövlətləri arasında elm və təhsil sahəsində də əməkdaşlığın uğurla həyata keçirilməsinin daha bir bariz nümunəsidir.
Sonra araşdırmanın nəticələri ətrafında alimlər fikir mübadiləsi aparıblar.
Tehsil-press.az