Əvvəlcə məktəbdə xəstəxananın pediatrik, laborator, ginekoloji, kardioloji və stomatoloji şöbələrinin həkimləri tərəfindən tibbi aksiya keçirilib, ümumilikdə 50 nəfərə yaxın uşaq müxtəlif profilə uyğun müayinə olunub.
Daha sonra Musiqi Kollecinin kollektivi konsert proqramı ilə çıxış edib, şagirdlərlə əyləncəli vaxt keçirilib, onlara hədiyyələr təqdim olunub.
Qeyd edək ki, internat məktəbində şagirdlərlə keçirilən görüşün əsas məqsədi bayram ərəfəsində uşaqlara həm mənəvi, həm də tibbi dəstək göstərmək olub.
Tehsil-press.az





