Sağlamlıq imkanları məhdud uşaqlar üçün konsert proqramı

Sağlamlıq imkanları məhdud uşaqlar üçün konsert proqramı Təhsil Nazirliyinin Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud uşaqlar üçün ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş hesabat konserti keçirilib.
Xüsusi internat məktəblərində fəaliyyət göstərən eksperimental studiyalarının dərnək üzvlərinin iştirakı ilə keçirilən konsertin təşkil edilməsində məqsəd valideyn himayəsindən məhrum, sağlamlığının bərpasına ehtiyacı olan uşaq və yeniyetmələrin incəsənət və mədəniyyət bacarıqlarının formalaşmasına, xalqımızın milli ənənələri ruhunda böyüməsinə kömək etmək, onlara özünəinam hissini aşılamaqdır.
Hesabat konsertində mərkəzin eksperimental studiyalarında fəaliyyət göstərən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 saylı xüsusi internat məktəbi, Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 saylı xüsusi təhsil məktəbi, Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 saylı xüsusi internat məktəbi və Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 saylı xüsusi internat məktəblərində fəaliyyət göstərən “Dram”, “Nitq mədəniyyəti”, “Bədii qiraət”, “Musiqi” dərnəyi üzvlərinin ifasında Heydər Əliyevə həsr olunmuş şeir kompozisiyaları, səhnəciklər, musiqi və rəqs nömrələri təqdim olunub.
İnternat məktəbinin foyesində “Təsviri-sənət” və “Dekorativ-tətbiqi sənət” dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgisi nümayiş olunub.
Sonda fəal iştiraklarına görə şagirdlərə Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzi tərəfindən diplomlar təqdim edilib.

Təhsil Nazirliyi
Onlayn xəbər abunə xidməti


Sağlamlıq imkanları məhdud uşaqlar üçün konsert proqramı

Sağlamlıq imkanları məhdud uşaqlar üçün konsert proqramı

Sağlamlıq imkanları məhdud uşaqlar üçün konsert proqramı

Oxşar xəbərlər