İstirahətə gedən sərnişinlərin avtobusu qəzaya düşdü - Ölənlər və yaralılar var

İstirahətə gedən sərnişinlərin avtobusu qəzaya düşdü - Ölənlər və yaralılar var Cəlilabadda dəhşətli yol qəzası baş verib.

Hadisə rayonun Sadatlı kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, istirahət mərkəzinə gedən avtobus qəzaya düşüb. Nəticədə 2 nəfər ölüb, çoxlu sayda xəsarət alan var.

Xəsarət alanlar təcili tibbi yardım briqadaları tərəfindən rayon xəstəxanasına aparılıb.

Hazırda hadisənin təfərrüatları, ölən və xəsarət alanların kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Tehsil-press.az

Oxşar xəbərlər